Beyləqan rayon Təhsil işçilərinin konfransı keçrilmişdir.
10 sentyabr 2015-ci il tarixdə Rayon Gənclər Mərkəzində Beyləqan Rayon Təhsil şöbəsi müəllimlərinin Konfransı keçirilmişdir.Əvvəlcə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev və qonaqlar Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə tər gül çiçək dəsdələri düzmüşdülər. Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun əməkdaşı Asif Hacıyev, müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıq öncə qonaqları, rayon ziyalılarını salamladı və geniş məruzə ilə çıxış edərək ölkəmizdə təhsil sahəsində görülən işlərdən, Beyləqan rayon Təhsil şöbəsi tərəfindən 2014-2015-ci tədris ilində əldə olunmuş nailiyyətlərdən, eyni zamanda ötən tədris ilində yol verilmiş nöqsanlardan söhbət açdı. Konfransda çıxış edən Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun əməkdaşı Asif Hacıyev konfrans iştirakçılarını salamladı və Təhsil Nazirliyinin gələcək fəaliyyəti barədə konfrans iştirakçılarına zəruri məlumatlar çatdırdı. Konfransda çıxış edən Rayon İcra Hakimiyətinin başçısı cənab Vaqif Abdullayev qonaqları və müəllimləri salamlayaraq onlara xoş ürək sözlərini çatdırdı. Rayon məktəbləri məzunlarının 2014-2015-ci tədris ilində qazandıqları nailiyyətləri yüksək qiymətləndirən başçı tələbə adını qazanmış şagirdləri təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra Vaqif Abdullayev rayon orta ümumtəhsil məktəblərində mövcud nöqsanlardan söz açaraq qeyd edilən çatışmazlıqların qısa zaman ərzində aradan qaldırılması istiqamətində aidiyyəti tapşırıqlar verdi.
Sonda 2014-2015-ci tədris ilində yüksək bal toplamış məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olundu. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciət qəbul edildi.