Şriftin ölçüsü :

Saytın rəngi :

13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günüdür

13 fevral 2025 | 13:25
Bu gün 13 fevral-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü və Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günü Beyləqan rayonunda qeyd edilib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və xidmətin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, ictimaiyyət nümayəndələri şəhərin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib üzərinə tər çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər.
 
Qeyd edək ki, bu gün ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılıb.
 
Beyləqan Rayon İcra Hakimiyyəti olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
Keçidlər