13 matr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar görüş keçirib.
13 mart 2025 | 19:34
Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən 2025-ci ilin mart ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, martın 13-də Bolsulu qəsəbəsində səyyar görüş keçirilib.
Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Səyyar görüşdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələr və qarşıda duran digər vəzifələrlə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra qəsəbə sakinlərinin müraciətləri dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.