Şriftin ölçüsü :

Saytın rəngi :

13 may 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib.

13 may 2026 | 11:54
13 may 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib.
 
Qəbul zamanı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birgə, onun müavinləri, aparatın şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 
Vətəndaşlar icra başçısı tərəfindən fərdi qaydada dinlənilib, onların müraciətləri yerində araşdırılıb. Qaldırılan məsələlərin bir qismi icra hakimiyyətinin səlahiyyətləri daxilində operativ şəkildə həll olunub, digər müraciətlərlə bağlı RİH başçısı tərəfindən aidiyyəti şəxslərə tapşırıq və göstərişlər verilib.
 
Qəbulun sonunda vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər