Beyləqan rayonunun Yeni Mil qəsəbəsində təbi qazın açılış mərasimi olmuşdur.
11 sentyabr 2015-ci ildə Beyleqan rayonun Yeni Mil qəsəbəsində təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev və Hüquq mühavizə orqanlarının rəhbərləri, Azərqaz İstehsalat Birliyinin təmsilçiləri; və kənd ağsaqqalları Torpaqlarımız uğrunda həlak olmuş kənd şəhidlərinin abidəsi önünə tər gül çiçək dəstələri düzmüşlər. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək kənd sakinlərini və qonaqları salamladı; təbii qazın verilməsi münasibəti ilə kənd Sakinlərini təbrik etdi; təbii qazın həmişə xeyir işdə yandırılmasını arzuladı. Cənab V.İAbdullayev onu da qeyd etdi ki; bütün bu işlərə görə Ölkə başçımız Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Azəri Qaz İstesalat birliyinin mətbuat xidmətinin rəisi İbrahim Kəlbəlayev çıxış edərək təbi qazın verilməsi münasibəti ilə kənd sakinlərini təbrik etdi. Sonda qəsəbənin mərkəzində quraşdırılmış simvolik qaz məşəlini Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Vaqif Abdullayev alovlandırdı.