13.08.2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
13 avqust 2025 | 12:21
Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlərlə yerində tanış olunub.
Qəbul zamanı şəhid ailələri, müharibə iştirakçıları və digər həssas kateqoriyadan olan şəxslərin müraciətlərinə növbədənkənar baxılıb, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilib.
Müraciətlər əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və sosial məsələlərlə bağlı olub. Bir sıra problemlər yerindəcə həllini tapıb, araşdırma tələb edən müraciətlər bağlı isə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







