Beyləqan rayonun Günəşli qəsəbəsi “mavi yancaq” la təmin olundu.
17 Sentyabr 2015-ci ildə Beyləqan rayonunun Günəşli kəndində digər kəndlərimiz kimi mavi yanacaqla təmin olundu. Kəndə Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Vaqif Abdullayev, hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın digər üzvüləri “Azəriqaz” İstesalat Birliyinin təmsilçiləri, kənd sakinləri və ictimaətin nümayəndələri işdirak etmişlər. Mərasimdə çıxış edən Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Vaqif Abdullayev kənd sakinlərini təbi qazın verilməsi münasibəti ilə təbrik etdi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı və eyni zamanda Prezidentimiz İlham Əliyevin uğurlu siyasətindən bəhs etdi. Tərtər Regional Qaz İstismar İdarəsinin rəis müavini Oktay Qarayev çıxış edərək Günəşli kəndinin təbi qazın verilməsi münasibəti ilə təbrik etdi və onuda bildirdi ki, bu kəndin qaz çəklişini iki aydan tez başa çatdırılmışdır.Kənd sakinləri onlara göstərilən qayğıya görə Dövlətimizin başçısına minnətdarlığını bildirdilər. Sona təbi qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldı.