Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Beyləqanda vətəndaşları qəbul etmişdir.

18 sentyabr 2015 | 15:00

18 Sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Beyləqanda vətəndaşları qəbul etmişdir. Qəbul etməzdən əvvəl Beyləqan rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayev və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri düzdülər.
Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Beyləqan, Ağcəbədi, Füzuli, və İmişli,rayonlarından gəlmiş vətəndaşların müraciətinə baxılmışdır. Vətəndaşların əsasən daşınmaz əmlak qeydiyatı o cümlədən torpaq sahələrinin Dövlət qeydiyatı ilə bağlı müraciət ediblər. Bir çox vətəndaşın müraciəti onlara ayrılmış torpaq sahələri fərdi həyət evləri və mənzillər, komersiya məqsədi ilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə Dövlət qeydiyatı sənədlərinin alınması ilə bağlı olub.
Komitə sədri nəzərə çatdırıb ki, artıq Torpaqların Elektron Kadastr Ucotu Sisteminin yaradılması istiqamətində işlər aparılır. Komitə sədri qəbulda 40 –a yaxın vətəndaşları qəbul etmiş və səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verilmişdir. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyata alınıb nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir.

Keçidlər