01 oktyabr Prokurorluq işçilərinin peşə bayramıdır.
01 oktyabr 2015-ci ildə Heydər Əliyev Mərkəzində Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, məktəb direktorları və mətbuat işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzdülər. Beyləqan rayonu İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev yığıncağı açıq elan etdi və prokurorluq işçilərini peşə bayramı münasibəti ilə təbrik etdi və onlara bu çətin və şərəfli işlərində uğurlar dilədi.Sonra cənab Vaqif Abdullayev çıxış etmək üçün sözü Beyləqan rayon Prokuroru Azər Əhəd oğlu Osmanova verdi.Beyləqan rayon prokuroru Azər Osmanov məruzə ilə çıxış etdi: A.Osmanov qeyd etdi ki, ölkəmiz daim inkişaf edir, ictimai münasibətlər intensiv şəkildə dəyişdiyindən prokurorluq orqanlarının qarşısında dayanan vəzifələrin həcmi və məzmununa dair tələblər artmaqdadır