Beyləqan rayonunda “Əmək Yarmarkası keçrilmişdir.
02 oktyabr 2015 | 15:00
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşqulluq mərkəzi 02 oktyabr 2015-ci il tarixdə Beyləqan rayonunda Gənclər Mərkəzində əmək yarmarkası keçrilmişdir.
Əmək yarmarkasına rayonda fəaliyyət göstərən 21 idarə, müəssisə və təşgilatdan 180 boş ( Vakant ) iş yerləri çıxarılmışdır. Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmə məqsədi ilə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaq istəyən şəxslərin qeydiyatı aparılmış və onlar qısamüddətli kurslara göndərilmişdir.
Əmək yarmarkasında ümumilikdə 194 nəfər işsiz və işaxtaran Beyləqan rayon sakinləri iştirak etmiş və onlardan 54 nəfərə işlə təmin olunması üçün göndəriş verilmişdir.