Şriftin ölçüsü :

Saytın rəngi :

“05 oktyabr Beynəlxalq Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

05 oktyabr 2015 | 15:00

05 oktyabr 2015-ci ildə rayon Gənclər Mərkəzində 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil şöbəsinin müdiri, məktəb direktorları, fəal müəllimlər və mətbuat işçiləri iştirak etmişlər.
Yığıncağı Beyləqan rayon İcra hakimiyyəti başçısı cənab Vaqif Abdullayev açaraq Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rayonun bütün müəllimlərini və tədbirdə iştirak edən müəllim kollektivlərini təbrik etdi və onlara bu şərəfli işlərində uğurlar arzuladı.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası “nın qəbul olunması, təhsil müəssisələrinin maddi-texniki bazasının inkişaf etdirilməsindən danışan cənab Vaqif Abdullayev Dövlətimizin təhsilə göstərdiyi qayğının bariz nümunəsindən bəhs edərək qeyd etdi ki, Ölkə rəhbəri möhtərəm Prezidentimizin sərəncamı ilə şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Zeynalova Rəqsanə Dilən qızı “Tərəqqi medalı” ilə təltif edilmişdir.
Sonda bir qrup fərqlənən müəllimlər Beyləqan rayon İcra hakimiyyətinin hədiyyəsi ilə  mükafatlandırıldılar.

Keçidlər