Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon gənclərinin həqiqi hərbi xidmətə yola salınması ilə bağlı tədbir keçirilmişdir.

08 oktyabr 2015 | 15:00

8 oktyabr 2015-ci ildə Beyləqan rayon İcra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rayon gənclərinin həqiqi hərbi xidmətə yola salınmasına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Şirvan Xasıyev, hərbi qulluqçular, gənclər, məktəb kollektivləri, valideynlər və mətbuat işçiləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzdülər, sonra Dövlət Himni səsləndirildi. Respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə çıxış edən Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev sürətli ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mətin və şücaətindən danışdı. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Prezidentimiz Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün silahlı qüvvələrimiz tam gücü ilə inkişaf etmişdir. Hərbi hissələrimiz müasir standartlara uyğun qurulmuş, həyat və məişət şəraitləri yaxşılaşdırılmışdır. Cənab Vaqif Abdullayev çıxışının sonunda gənc əsgərlərə Vətənə şərəflə xidmət etməyi, xalqımıza qələbə sevinci yaşatmağı arzulamışdır.
  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Şirvan Xasıyev ordu sıralarına çağırılmış gənc əsgərləri yola salma münasibəti ilə təbrik etdi, Vətənə şərəflə xidmət etmələrini, ölkəmiz üçün layiqli vətəndaş olmalarını hərbi sirləri tez mənimsəmələrin arzuladı.
Sonda gənc əsgərlər Dövlətimizin Bayrağın öpərək Quran Kitabının altından keçib hərbi  xidmətə yola düşdülər.

Keçidlər