Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər naziri Fazil Məmmədov Beyləqanda Vətəndaşları qəbul etmişdir

23 oktyabr 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyətinin orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Növbəti belə qəbul oktyabır ayının 23-də vergilər naziri Fazil Məmmədov tərəfində Beyləqan şəhərində Beyləqan, Ağcəbədi, İmişli, Fizuli və Laçın rayonlarından olan vətəndaşlar üçün keçrilmişdir.Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS terminalların quraşdırılması, əmək müqavilələrinin bağlanması, vergi borçları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşilaşdıqları promlemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsəllərlə bağlı vətəndaşların müraciyyətinə baxılmışdır.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olumuş, müraciətlərin bir qismi nəzarətə götürülmüş, digərlərinin araşdırılması və lazimi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşrıqlar verilmişdir. Qəbula glən vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildirmişlər.

Keçidlər