"14 iyul 1969-cu il- Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" adlı tədbir keçirilib.
14 iyul 2023 | 17:49
14 iyul 2023-cü il tarixində Heydər Əliyev mərkəzində “Heydər Əliyev İli” çərçivəsində tədbirlərə uyğun olaraq "14 iyul 1969-cu il- Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" adlı tədbir keçirilib.
Tədbir Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini, aparatın nümayəndələri, Vətən müharibəsinin qaziləri, YAP rayon təşkilatı aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə tər gül dəstələri qoyulmuşdur. Dövlət Himninin səsləndirilməsi, Ümümmilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən natiqlər, 14 iyul 1969-cu ilin Azərbaycan tarixindəki siyasi əhəmiyyəti, Ulu Öndərin gəlişi ilə xalqın inamının bərpa olunması, ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində güclü inkişafa nail olunması və ən əsası insan amilinə yüksək dəyər veriməsi barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, Heydər Əliyev ideyaları daima yaşayacaq və onun uzaqgörən siyasəti bundan sonra da uzun illər uğurla davam etdiriləcəkdir.