14 oktyabr 2025-ci il tarixdə Allahyarlı kəndində səyyar qəbul keçirilib
14 oktyabr 2025 | 18:50
Oktyabrın 14-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Allahyarlı kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə RİH başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulun məqsədi ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq, vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin operativ şəkildə araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsidir.
Çıxışı zamanı Əziz Əzizov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində, o cümlədən Beyləqan rayonunda sosial-iqtisadi inkişafın davamlı xarakter aldığını, vətəndaş rifahının yüksəldilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirilib ki, sakinlərin qaldırdığı hər bir məsələ diqqətlə araşdırılacaq və həlli üçün zəruri addımlar atılacaq.
Görüşdə kənd sakinləri əsasən məşğulluq, sosial təminat məsələləri və digər istiqamətlərdə müraciətlərini ünvanıayıblar. Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digərlərinin icrası ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







