Şriftin ölçüsü :

Saytın rəngi :

14 sentyabr 2023-cü il tarixdə Beyləqan rayonu İkinci Aşıqlı kəndində şəhid Ağazadə Mirtalıb Heydər oğlunun il mərasimi keçirilib.

14 sentyabr 2023 | 11:36
İl mərasimində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Beyləqan Rayon Səfərbərlik idarəsinin əməkdaşları və kəndi ictimaiyyəti iştirak etmişdir.
 
Mirtalıb Ağazadə 16 yanvar 1994-cü ildə Beyləqan rayonunun İkinci Aşıqlı kəndində anadan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə 2021-ci ildə Quru Qoşunlarının sıralarında burada müddətdən artıq hərbi xidmət edən Mirtalıb Ağazadə "Komando" Briqadasının üzvü olaraq hərbi fəaliyyət göstərirdi. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Döyüşlərdə "Komando" Briqadasının tərkibində iştirak edən Mirtalıb Ağazadə 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən artilleriya zərbəsinə tuş gələrək şəhid olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mirtalıb Ağazadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Keçidlər