Mil, Bahar qəsəbələrinə və Yuxarı Aran kəndində mavi yanacağın verilməsi ilə bağlı açılış mərasimi keçrilmişdir.
29 oktyabr 2015-ci il tarixdə rayonumuzun Mil, Bahar qəsəbələrinə və Yuxarı Aran kəndində mavi yanacağın verilməsi ilə bağlı açlış mərasimi keçrilmişdir. Açlış mərasimində Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Tərtər Regional Qaz İstismar İdarəsinin rəis müavini Oktay Qarayev Mil, Bahar qəsəbə və Yuxarı Aran kənd ərazi nümayəndəliyinin üzvləri, bələdiyyə sədrləri, qəsəbə və kənd ağsaqqalları mətbuat i.şiləri iştirak etmişlər.
Kənd və qəsəbələrdə çıxış edən Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxışında qeyd etdi ki kəntlərimizin mavi yanacaqla təmin olunması möhtəşəm prezidentimiz cəmab İlham Əliyevin daim diqqət mərkəzindədir. Biz bu gün Mil, Bahar qəsəbəsində və Yuxarı aran kəndində mavi yanacağın açlış mərasimində iştirak etdik.
Çıxışının sonunda Cənab V.İ Abdullayev Mil, Bahar qəsəbəsi və Yuxarı aran kənd sakinlərini mavi yanacağın verilməsi münasibəti ilə təbrik etdi və xeyir-duasını arzuladı.