Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23 ildönümü münasibətilə noyabrın 21-də Beyləqan rayonunu Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, YAP-ın Beyləqan Təşkilatının üzvüləri, rayonun idarə müəssisə və təşkilat rəhbərləri, Təhsil, Səhiyyə və Mədəniyyət işçiləri içtimaiət nümayəndələri işdirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Beyləqan şəhər mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək bildirdi ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə bütün sahələrdə böhranın yaşandığı bir dövrdə ulu öndərin rəhbərliyi ilə YAP bütün çətinliklərə sinə gərərək xalqın partiyası imicini qazandı. Həmin ağır illərdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müasir müstəqil Azərbaycanın qurulmasını şərtləndirdi. Bu gün Azərbaycanda milli birlik, həmrəylik mövcuddur və respublikamız regionun ən qüdrətli ölkəsinə çevrilib. Bütün bu uğurlar xalqın dəstəyinə arxalanan ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olub. YAP-ın yaranmasının ölkəmizin müasir siyasi tarixində mühüm hadisə olduğunu bildirən V.Abdulayev qeyd etmişdir ki, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin qorunmasında, respublikamızın dinamik inkişafının təmin edilməsində əvəzsiz rol oynayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi yüksəlişə nail olan Azərbaycan müasir və inkişaf etmiş dövlətə çevirib. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün artıq reallaşıb. Tədbirdə YAP- Beyləqan rayon təşkilatının sədir müavini Eldar Xudaverdiyev və YAP-ın fəal üzvü Səriyyə Əliyeva çıxış edərək bildirdilər ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
və partiyanın əsas vəzifələri olan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi Azərbaycan xalqının mənafelərinə bütünlüklə cavab verir. Çətin şəraitdə yaranan YAP-ın çox qısa müddətdə güclü və mütəşəkkil siyasi qüvvə kimi formalaşması, cəmiyyətin ən fəal üzvlərini ətrafına toplaması Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.
Sonda YAP-a üzv qəbul olunan bir qrup gəncə vəsiqələr, Beyləqan rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına isə fəxri fərmanlar və hədiyyələr təqdim edildi.