Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlətin gənclər və gender bərabərliyi” siyasətinin həyata keçrilməsində həmikarlar ittifaqlarının rolu.

24 noyabr 2015 | 16:00

24 noyabr 2015-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyəti, ATİAHİ Beyləqan rayon komitəsi ilə birlikdə Gənclər Mərkəzində “Dövlətin gənclər siysaəti və gender bərabərliyinin qorunmasında həmikarlar ittifaqlarının rolu”  mövzusunda tədbir keçrilmişdir. Tədbir başlamazdan əvvəl ümum milli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.
Sonra tədbir Gənclər Mərkəzində davam etdirildi Beyləqan rayon İcra hakimiyyətinin məhsul işçisi Ramiz Əliyev tədbiri açıq elan edərək iştirakçıları Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevin adından salamladı və tədbirin gedişinə uğurlar arzuladı. ATİAHİ Beyləqan rayon komitəsi sədiri Tahir Həsənov ətraflı və geniş çıxış etdi.Tədbirdə Əlinəzərli kənd tam orta məktəbin tarix müəllimi Zaur Quliyev və AİB Beyləqan nümaindəliyinin sədiri Mehman Əliyev mövzu ilə bağlı çıxış etdilər. Tədbirin sonunda ATİAHİ Beyləqan rayon komitəsi tərəfindən bir qurup ittifaq üzvülərinə fəxri fərmanlar və qiymətli hədiyələr təqdim edilmişdir.

Keçidlər