Təhsil naziri Mikayıl Cabbarov Beyləqanda vətəndaşları qəbul etmişdir
30 noyabr 2015 | 16:00
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin tapşrıq və tövsüyyələrinə uyğun olaraq mərkəzi İcra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər. Növbəti belə qəbul noyabr ayının 30-da Təhsil naziri Mikayıl Cabbarov Beyləqan şəhərində Beyləqan, Füzuli, Ağdam, Tərtər rayonlarından olan vətəndaşlar üçün keçrilmişdir. Qəbulda 26 nəfərin ərizə və şikayətlərinə baxılmışdır. Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, müraciətlərin bir qismi nəzarətə götrülmüş, digərlərinin araşdırılması və lazimi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşrıqlar verilmişdir.