Ümummilli Lider Heydər Əliyevin anım günü keçrilmişdir.
12 dekabr 2015-ci il tarixdə Respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuzda da Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçrilmişdir. Həmin gün Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd ərazi icra nüməyəndələri, bələdiyyə sədirləri, rayon içdimaiyyətinin nümayəndələri səhiyyə, təhsil işçiləri və mətbuat nümayəndələri Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül çiçək dəsdələri düzərək xatirəsini etiramıa yad etmişlər.
Sonra tədbir işdirakçıları Heydər Əliyev Mərkəzində “ Türk Dünyasının tarixi şəxsiyyəti adlı”-elmi praktiki konfrans keçrilmişdir. Konfransda Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbiri açaraq Ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükütla yad etməsini bildirdi.
Vaqif Abdullayev Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizin yaradılmasındakı misilsiz xidmətlərində ətraflı və geniş bəhs etdi. V.İ.Abdullayev onuda qeyd etdi ki, tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşaycaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl həriflərlə həkk olunmuş xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevdə məhz belə şəxsiyyətlərdəndir.