Şriftin ölçüsü :

Saytın rəngi :

31 DEKABR Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.

25 dekabr 2015 | 16:00

25 dekabr 2015-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.
          Bayram tədbirini Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq şənlik iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi. Çıxışında cənab V.İ.Abdullayev bildirdi ki, artıq 2016-cı ilin astanasındayıq. 2015-ci il ölkəmizin həyatında eləcədə rayonumuzda bir sıra hadisələrlə yaddaqalan oldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan quruculuq siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikamızda bütün sahələrdə ciddi irəliləyişlər müşahidə olunur. Bu inkişafda Beyləqan rayonunun da payı var. Rayonumuzun uğurlarından bəhs edən V.İ.Abdullayev bir daha şənlik iştirakçılarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, onlara yeni ildə cansağlığı, uğurlar və yeni nailiyyətlər arzu etdi.
         Bayram şənliyi yeddi illik musiqi məktəbinin”Odlar yurdu” uşaq xor kollektivinin və Aranqala xalq çalğı alətləri ansamblının maraqlı konsert proqramı ilə davam etdirildi.

Keçidlər