Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 20 yanvar faciəsini 26-cı il dönümünə həsir olunmuş anım mərasimi keçirilmişdir.

20 yanvar 2016 | 16:00

Beyləqan rayonunda 20 yanvar faciəsini 26-cı il dönümünə həsir olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, ərazidə fəaliyyət göstərən xidməti təşkilatların kollektivləri, məktəblilər və rayon içtimaiyyəti iştirak etmişdir.
Tədbirin əvvəlində qanlı yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev  çıxış edərək  iyirmi altı il öncə baş vermiş qanlı yanvar hadisələri zamanı azadlığımız üçün canlarından keçmiş hər bir vətəndaşın xatirəsinin qürurla anıldığını bildirərək, həmin gecə baş verən faciənin müstəqil və müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə həkk olunduğunu qeyd etdi.  20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, gənclər arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə  keçirildiyini  qeyd edən  cənab Vaqif Abdullayev  1990-cı ilin yanvarında respublikamızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdığını bildirərək        məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-huquqi qiymət verildiyini, faciənin dünya ictimaiyyətinə döğru, düzgün çatdırılmasında və beynəlxalq müstəvidə tanıdılmasında mühüm rol oynadığı bildirildi və
şəhidlərimizin parlaq xatirəsinin hər zaman əziz tutlacağını və qanlı yanvar hadisələrini təkcə faciə günümüz yox, həm də tariximizin şərəfli səhifələrindən biri olduğunu qeyd etdi.
Sonra tədbir iştirakçıları tərəfindən şəhidlər abidəsini önünə gül dəstəlri qoyularaq şəhidlər ziyarət olundu.

Keçidlər