Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunun Qaralılar kəndi “mavi yanacaq”la təmin olunub

29 yanvar 2016 | 16:00

Yanvarın 29-da Beyləqan rayonunun Qaralılar kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Beyləqan rayon Qaralılar kəndində təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, və Hüquq mühavizə orqanlarının  rəhbərləri, Azərqaz İstehsalat Birliyinin təmsilçiləri; və kənd ağsaqqalları işdirak ediblər. Çıxış edərək rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev kənd sakinləri təbrik edib, təbii qazın həmişə xeyir işdə yandırılmasını arzuladı əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı, və bildirib ki, 242 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 min 242 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 19 min 496 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sakinlər onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Keçidlər