15 aprel 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib.
15 aprel 2026 | 13:00
15 aprel 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin inzibati binasında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri, şöbə və sektor müdirləri, həmçinin rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib.
Qəbul zamanı RİH başçısı Əziz Əzizov tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər yerində araşdırılıb.
Sakinlərə qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri ətraflı izah olunub, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin operativ həlli üçün yerində qərarlar qəbul edilib. Digər məsələlərlə bağlı isə vətəndaşlara müvafiq qurumlara müraciət etmələri tövsiyə olunub.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







