Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyul 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib

15 iyul 2026 | 12:07
15 iyul 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
 
Qəbulda rayon icra hakimiyyətinin başçısının müavinləri, aparatın idarə, şöbə və sektor müdirləri, həmçinin aidiyyəti dövlət qurum və təşkilatlarının nümayəndələri iştirak ediblər.
 
Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, qaldırılan məsələlər ətraflı araşdırılıb. Həlli rayon icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərlə bağlı dərhal müvafiq tədbirlərin görülməsi tapşırılıb, digər məsələlər isə aidiyyəti dövlət qurumlarının nümayəndələrinə yönləndirilərək icrası nəzarətə götürülüb.
 
Qəbul zamanı vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasına, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, ölkədə vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş siyasətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Keçidlər