Şriftin ölçüsü :

Saytın rəngi :

15 oktyabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi.

15 oktyabr 2025 | 12:50
Oktyabrın 15-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
 
Qəbulda icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, eləcə də rayonun idarə və müəssisə rəhbərləri də iştirak ediblər.
 
Rayonun müxtəlif yaşayış məntəqələrindən gələn sakinlərin müraciətləri rayon rəhbəri tərəfindən dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılması tələb edən müraciətlər qeydiyyata alınaraq icrası ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib, izahatlar alınıb.
 
Sakinlər müraciətlərinə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər