Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr 2023-cü il tarixdə Beyləqan rayon ümumtəhsil məktəblərində “Bilik günü” keçirildi.

15 sentyabr 2023 | 11:38
“Bilik Günü” münasibətilə N.Allahverdiyev adına şəhər 1 nömrəli tam orta məktəb və F.Hacıyev adına şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Ağayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov iştirak etmişdir.
 
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Ağayev çıxış edərək ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra başçısı müəllim, şagird, o cümlədən tədbirə dəvət olunan valideynləri “Bilik Günü” münasibətilə təbrik edərək, onlara yeni tədris ilində müvəffəqiyyətlər arzu edib.
 
Tədbirdə çıxış edənlər dövlətimizin təhsilə göstərdiyi qayğıdan danışaraq ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
 
Daha sonra tədbir Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər və mahnılar ilə davam edib.
 
Keçidlər