Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Milli Qurtuluş Gününün 19-cu ildönümünə həsr olunmuş elmi-praktiki kohfrans keçirilmişdir

16 iyun 2012 | 15:00

Beyləqanda 15 iyun - Milli Qurtuluş Gününün 19-cu ildönümünə həsr olunmuş elmi-praktiki kohfrans keçirilmişdir. Tədbirdən əvvəl RİH başçısı V.Abdullayev və rayon ictimaiyyətinin nümayəndələri şəhərin Heydər parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad etmişlər. Tədbiri giriş sözü ilə RİH başçısı V.Abdullayev açaraq Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində, Azərbaycanda müstəqil dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, 15 iyun – Milli Qurtuluş Gününün sülhün və sabitliyin təmin olunmasında yeni mərhələnin başlanğıcı olduğunu bildirmişdir. Konfransda Heydər Əliyev mərkəzinin direktoru Yeganə Məmmədovanın ”Bu günün reallıqları, inkişaf tempi, presperktivləri.’’ mövzusunda məruzəsi dinlənilmişdir. Məruzə ətrafında çıxış edənlər YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev, M.Mehdizadə adına şəhər 3 nömrəli tam orta məktəbin tarix müəlliməsi Günel Quliyeva və başqaları 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyasının xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdiyini, Azərbaycanın məhv olmaq təhlükəsindən qurtularaq qüdrətli dövlətə çevrildiyini vurğulamışlar.

Keçidlər