Beyləqan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.
Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədi daşıyan yarmarkada alıcı və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyətli olması nəzarətdə saxlanılmışdır. Yarmarkaya müxtəlif növ kənd təsərüfatı və ərzaq məhsulları çıxarılmışdır. Yarmarkaya 103-dən çox sahibkar, 83 nəfər fərdi məhsul istehsalçıları cəlb edilib.
Məhsullar bazar qiymətlərindən 30-40 % ucuz qiymətə satılmışdır. Yarmarkaya 5 tondan çox un kisəsi 21 manata, 200 kq mal əti kiloqramı 5 manata, 350 kq qoyun əti kiloqramı 5 manata, 450 kq quş əti kiloqramı 2.50 qəpik, 10000 min ədəd yumurta ir ədədi 0.10 qəpikə ümumilikdə 12 tondan çox meyvə və tərəvəz məhsulları çıxarılmış və rayon sakinlərinə satılmışdır..
Yarmarkada ətraf qonşu rayonların əhalisi də iştiak etmişdir. Alıcılar yarmakanın keçirilməsini rəğbətlə qarşılamış, məhsulların qiymətlərindən razılıqlarını ifadə etmiş və yarmarkanının təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Ərzaq satışı yarmarkasının ayda 2 dəfə keçirilməsi nəzərdə tutulmuşdur.