Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağ keçrilmişdir.

19 fevral 2016 | 16:00

Yığıncaqdan əvvəl rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev  və qonaqlar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində  ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzüb, sonra mədəniyyət sarayının foyesində Beyləqanda istehsal edilən məhsulların sərgisinə baxıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin hesabat məruzəsində 2015-ci ümumi məhsul buraxılışının 167,2 milyon manat, o cümlədən sənaye məhsulları istehsalının həcminin 5 milyon manat, kənd təsərrüfatı məsulları istehsalının həcminin 80,3 milyon manat olduğu, 41,5 milyon manatlıq tikinti-quraşdırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, hesabat dövründə Beyləqan şəhərində Şəhidlər abidə kompleksi yenidən qurulub, Heydər Əliyev prospekti, S.Qazıyeva, Magistral, R.Abbasov, M.Əzizbəyov, A.Əkbərov küçələrində yeni asfalt örtüyü salınıb. 120 yerlik yeni uşaq bağçasının tikintisi başa çatdırılıb. Mil qəsəbəsində uşaq bağçası, Birinci Aşıqlı kəndində tibb məntəqəsi inşa edilib, Kəbirli kəndində tibb məntəqəsi əsaslı təmir olunub. Hazırda Bayraq muzeyinin, 54 mənzilli 6 mərtəbəli yaşayış binasının, Toxum Müfəttişliyi və Aqrokimya Laboratoriyasının yeni inzibati binasının, Beyləqan şəhərində 240 yerlik, İmamverdili kəndində 180 yerlik,  Xaçınabad kəndində 80 yerlik məktəb binalarının tikintisi davam etdirilir. İl ərzində 12 yaşayış məntəqəsinə təbii qaz verilib, Bünyadlı, Gödəklər, Sarı Su və Qaralılar kəndlərində qaz çəkilişi başa çatdırılıb. Hazırda 10  kənd və qəsəbədə  qaz xətlərinin çəkilişi davam etdirilir.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar sahədə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək, 2015-ci ildə respublikada sosial-iqtisadi sahədə görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Milli Məclisin deputatları Çingiz Qənizadə və Şahin İsmayılov yığıncaqda iştirak edib.

Keçidlər