Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Beyləqan rayonunda tədbir keçirilmişdir.

04 mart 2016 | 16:00

4 mart 2016-cı ildə Kral şadlıq sarayında 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və ictimai-siyasi həyatında çalışan qadınlar və mətbuat işçiləri iştirak etmişlər. Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev ilk öncə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlarımızı  səmimi qəlbdən təbrik etdi, hər birinə can sağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzuladı.
        Cənab Vaqif Abdullayev çıxışında qeyd etdi ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutmuş, dünya mədəniyyətı xəzinəsinə nadir incilər bəxş edərək xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rol oynamışdır. Çıxışının yekununda cənab Vaqif Abdullayev bir qrup fəal qadınlara Beyləqan rayon İcra hakimiyyəti adından fəxri fərman və qiymətli hədiyyələr təqdim etdi.
      Tədbirdə Bakı şəhərindən rayonumuza ezam olunmuş Fikrət Əmirov adına Azərbaycan Dövlət Filarmoniyasının əməkdar kollektivinin, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının və solistlərdən əməkdar artistlər-Almaz Orucova, Gülüstan Əliyeva və xanəndələr-Ehtiram Hüseynov, Nisbət Sədrayeva, Elnur Süleymanov və Lətifə Soyuözün iştirakı ilə geniş və maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

Keçidlər