Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda möhtəşəm Novruz şənliyi keçrilmişdir.

15 mart 2016 | 16:00

15 mart 2016-cı ildə Lider televizyasının və Beyləqan rayon İcra hakimiyyətinin birgə təşgilatçılığı ilə təşgil olunmuş sonuncu ilaxır torpaq çərşənbəsi münasibəti ilə Beyləqan Mərkəzi Stadionunda  ümumrayon şənliyi keçrilmişdir.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, Hüquq mühafizə orqanları, Təhsil, Səhiyyə,rayonun bütün idarə müəssisə və təşgilatlarının rəhbərləri ictimaiətin nümayəndələri kənd və qəsəbə sakinləri “N” saylı hərbi hissənin əsgər və zabirləri işdirak etmişlər.Bayramsayağı bəzənmiş stadiona gələnlərin üzündən sevinc yağırdı.
Kənd və qəsəbələrdən gələn nümayəndələrin açdıqları Bayram süfrələri Milli adət ənənələrimizi özündə yaşadan, Novruz adətlərini böyük hörmətlə yanaşdıqlarını böyük coşqu ilə nümayiş etdirillər.
İnsanlar ilaxır çərşənbənin möhtəşəm tonqalı ətrafına toplanmağa, ilimiz üçün bahardan başlayan yeni ildə bir-birinə uğurlar diləməyə və xoş arzularını söyləməyə gəlmişlər.
Azərbaycan Respublikasının tanınmış incəsənət xadimlərinin işdirakı ilə keçrilən bayram şənliyi dinləyicilərimizi, əsgər və zabit heyyətinin zövqünə səbə oldu.
Tədbir Lider televizyası ilə canlı yayımlanmışdır.

Keçidlər