Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” marifləndirici tur-aksiyasına qoşulan Beyləqan məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola çıxımışlar.

24 mart 2016 | 16:00

Beyləqan şəhərində keçirilən yolasalma mərasimində rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev , Təhsil işçiləri və valideynlər iştirak ediblər.
Mərasimində çıxış edənlər aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələrini veriblər. Qeyd edilib ki, tur-aksiyada iştirak edən 40 şagird, həmçinin müşayiətçi müəllimlər və 1 həkimdən ibarət heyət dörd gün ərzində Gəncə, Şəmkir və Göygöldə tarix və mədəniyyət abidələri, gözəl təbiət mənzərələri ilə yaxından tanış olacaqlar.
Məktəblilər dörd gün ərzində ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcək, Şəmkir və Göygöl şəhərləri ilə tanış olacaq, füsunkar təbiət möcüzəsi – Göygölü seyr etmişlər. Səfər çərçivəsində həmçinin əyləncəli proqram və intellektual proqramlar da nəzərdə tutulub”.
Beyləqan şəhər 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Xumar Qələndərli tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini bildirib: “Sevincimin həddi yoxdur. Göygölü görmək çoxdankı arzum idi. Ekskursiyaya şagird yoldaşlarımla, kollektiv şəkildə getməyimiz səfərimizi daha maraqlı edir. Bu səfərdən çox şey öyrəndik. Bayram günlərinin mənalı təşkil edilməsi üçün göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Digər şagird - təbiət və humanitar fənlər təmayüllü liseyin şagirdi İbrahim Məmmədli isə fikirlərini belə ifadə edib: “Əvvəlki illərdə məktəblilərin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində müxtəlif bölgələrə ekskursiyalarını böyük maraqla izləyir və aksiyanın iştirakçısı olmağı çox arzulayırdım. Artıq mən də ekskursiyada iştirak edirəm. Bunun üçün çox sevinirəm. İnanıram ki, səfərimiz olduqca maraqlı keçdi”.
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər Ulu Öndərin Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət etdikdən sonra Gəncə-Şəmkir-Göygöl marşurutu üzrə yola düşüblər.

Keçidlər