Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 31 mart Azərbaycannıların soyqırım gününə həsr olunmuş tədbir keçrilmişdir.

31 mart 2016 | 16:00

Beyləqan rayonunda 31 mart Azərbaycannıların soyqırım qurbanlarına ucaldılmış abidə önündə tədbir keçrildir.Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq qeyd etdi  ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər.
Çıxış edən şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Könül Əlizadə bildirdi ki, ermənilər tərəfindən həyata keçirilən 31 Mart soyqırımı bəşər tarixində baş verən ən qanlı faciələrdən biri kimi tarixə düşdü. Bu gün ermənilərin törətdikləri bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə olunmalıdır və bu işdə gənclərin üzərinə böyük iş düşdüyü diqqətə çatdırdılar. Sonra tədbir işdirakçıları tərəfindən soyqırım abidəsi önünə gül dəstələri qoyularaq soyqırım qurbanları bir daha yad edildi.

Keçidlər