Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan ordusu erməni qəsbkarlarının təxribatçı əməllərinə layiqli cavab verdi” mövzusunda Beyləqan rayon içtimaiyyətinin geniş toplantısı keçrilmişdir.

04 aprel 2016 | 16:00

Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Beyləqan rayon fəallarının yığıncağı keçirilmişdir. Yığıncağı rayon Icra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev  açmış, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı vermiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.                       
Cənab Vaqif Abdullayev  bildirdi ki, erməni qəsbkarları təmas xəttində yerləşən yaşayış məntəqələrimizi müntəzəm atəşə tuturlar.Odur ki Ordumuz düşmənə layiqli cavabını vermişdir. Möhtərəm Prezidentimizin Təhlükəsizlik  Şurasının iclasında dediyi kimi “Biz atəşi pozmamışıq, sadəcə təxribata layiqli cavab vermişik”. Nə qədər ki, Ermənistan təxribatçı əməllərdən əl çəkmir, Azərbaycan ordusu ona layiqincə cavab verəcəkdir. Düşmən bir daha şahidi oldu ki, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri qələbə çalmaq əzmindədir.  
“Torpaq uğrunda ölən varsa vətəndir”. Torpaq uğrunda, vətən uğrunda döyüş gedirsə sözsüz ki, itkilərimiz də olacaqdır. Döyüşlərdə şəhidlərimiz də, yaralananlarımız da vardır.
Bəzi informasiya mənbələrində təxribat xarakterli məlumatlar dərc olunur. Gördüyünüz kimi həyat öz axarı ilə davam edir. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan torpaqlarımızda dalğalanacaqdır. Sonra tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Şirvan Xasiyev, YAP Beyləqan rayon təşkilatının sədri Rafayıl Pəsiyev, rayon prokuroru Azər Osmanov, rayon məhkəməsinin hakimi Nəsurulla Əliyev, rayon ağsaqqallar şurasının sədiri Ələmşad Məmmədquluyev,   şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi Nadir Abdullayev ,  şəhər 3 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Könül Əlizadə və şəhər sakini Səriyyə Əliyeva çıxış edərək beyləqanlıların Respublika Prezidentinin siyasətini dəstəklədiklərini bildirmişlər. Çıxışlarda Ali Baş Komandanın “Əgər erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpağından rədd olsun” “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkmiyəcək Azərbaycan ordusu onları bundan sonra da cəzalandıracaq” fikirləri dəstəklənmişdir.
Beyləqanlıların döyüş əhval-ruhiyyəsi yüksəkdir, qələbənin yaxında olduğuna inanırlar.

Keçidlər