16 oktyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib, onların müraciətlərini dinləyib.
16 oktyabr 2024 | 15:10
İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı rayon rəhbəri ümumilikdə 28 nəfər vətəndaşı qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Qəbul zamanı şəhid ailələrinin, müharibə iştirakçılarının və bu kimi həssas kateqoriyadan olan şəxslərin müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Əziz Əzizov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.