Şriftin ölçüsü :

Saytın rəngi :

23-24 iyun 2012-ci il tarixlərdə “Silahlı qüvvələr günü”nə həsr olunmuş gənclər arasında keçirilən voleybol üzrə rayon birinciliyi keçirilmişdir

25 iyun 2012 | 15:00

23-24 iyun 2012-ci il tarixlərdə “Silahlı qüvvələr günü”nə həsr olunmuş gənclər arasında keçirilən voleybol üzrə rayon birinciliyi keçirilmişdir. 23-24 iyun 2012-ci il tarixlərdə şəhər 3 nömrəli tam orta məktəbin idman zalında “Silahlı qüvvələr günü” nə həsr olunmuş gənclər arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. “Silahlı qüvvələr günü” nün qeyd edilməsi, yığma komandanın heyətinin müəyyən edilməsi, istedadlı voleybolçuların üzə çıxarılması, gənclərə sağlam həyat tərzinin aşılanması məqsədilə keçirilən birincilikdə 10 komanda olmaqla 120 nəfər iştirak etmişdir. Birincilikdə Qəhrəmanlı kənd I yeri, Əlinəzərli kənd II yeri, I Aşıqlı komandası isə III yeri tutmuşlar. Qaliblər rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər