Şriftin ölçüsü :

Saytın rəngi :

16.07.2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

16 iyul 2025 | 12:22
İyulun 16-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.
 
Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, eləcə də rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər. Qəbul zamanı rayon rəhbəri sakinlərin müraciət və təkliflərini diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yerində tanış olub.
 
Qaldırılan məsələlər üzrə vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələlər üzrə operativ tədbirlər görülməsi üçün göstərişlər verilib. Digər müraciətlərlə bağlı isə müvafiq xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilib.
 
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər