Beyləqan rayonunun Kəbirli kənd İnzibati Ərazi dairəsində yeni inşa edilmiş Haramı kənd ümumi orta məktəbin binasının açılış mərasimi keçrilmişdir
07 aprel 2016-cı il tarixdə Beyləqan rayon Kəbirli kənd İnzibati Ərazi Dairəsində yeni inşa edilmiş Haramı kənd ümumi orta məktəbin binasının aşılış mərasimi keçrilmişdir. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, millət vəkili Çingiz Qənizadə, ziyalılar çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışdılar. Mərasimdə iştirak edən Beyləqan rayon icra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev Azərbaycan dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artmasının ölkəmizdə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını deyib. Son on ildə təkcə Beyləqan rayonunda çoxlu sayda yeni məktəb binası tikilib, əsaslı təmir edilib. Yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagird heyətini təbrik edən millət vəkili Çingiz Qənizadə bu cür məktəbdə təhsil alacaq şagirdlərin təhsil göstəricilərinin ilbəil daha da artacağına inamını ifadə etdi. Beyləqan rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Çingiz Qənizadə bunun ölkəmizdə hər zaman təhsilə dövlət səviyyəsində göstərilən diqqətin və qayğının nəticəsi olduğunu deyib. Millət vəkili Çingiz Qənizadə ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu və kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb və onlara yeni dərs ilində uğurlar arzulayıb. Beyləqan rayon icra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, millət vəkili Çingiz Qənizadə, ziyalılar təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Rəmzi qırmızı lent kəsildikdən sonra məktəb binasına baxış oldu və məktəbin kollektivi, müəllim və şagird heyəti ilə və kənd sakinləri ilə geniş söhbət olub.