Aprelin 8-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçrilmişdir.
İşgüzar forum keçrilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizim barədə ətraflı məlumatların verilməsi, Beyləqanda həyata keçrilməsi məqsədyönlü hesab olunan nümunəvi lahiyələrin təqdim olunması sahibkar-müvəkkil kredit təşgilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisya lahiyələrinin maliyyələşdirilməsidir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2016-cı ilin ötən dövrü ərzində 324 sahibkara 39,8 milyon güzəştli kredit verilmişdir. Beyləqan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Bu sahələr aşağıdakılardır: müasir texnologiyanın tətbiqinə əsaslanan ətlik və ya südlük istiqamətli cins heyvandarlıq kompleksinin, müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatının, yeni texnologiyaların tətbiqi ilə ət kəsimi və emalı müəssisəsinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.