Daha bir Şəhidimiz torpağa tapşırıldı
Qoşunların təmas xəttində erməni işğalçılarna qarşı döyüşdə şəhid olan Beyləqan rayonunun daha bir qəhrəman oğlu- N saylı hərbi hissənin Müddətdən Artıq Hərbi Xidmətçisi Mirzəyev Məhəbbət Ədalət oğlu aprelin 12-də doğulduğu Beyləqan rayonu Dünyamalılar kəndində torpağa tapşırıldı. Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, Milli Məclisin Deputatı Çingiz Qənizadə, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov, N saylı hərbi hissənin, hrəbiçiləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri iştirak etdilər. Şəhidlə vida mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdilər, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Mirzəyev Məhəbbət Ədalət oğlunun xatirəsi Beyləqannıların qəlbində həmişə yaşayacağını vurğuladı. Dəfn mərasimində Şəhidin atası Ədalət Mirzəyev
Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.Vətən sağolsun