Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub.

14 iyun 2024 | 17:46
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Telman Məstanov, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rəhbərliyi, rayonun səhiyyə sahəsində xidmət göstərən tibb işçiləri "Tibb işçilərinin peşə bayramı" münasibəti ilə əlamətdar günün yaradıcısı Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
 
Sağlamlığımızın keşiyində dayanan bütün tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edir, onlara işlərində uğurlar arzulayırıq!
Keçidlər