17 sentyabr 2025-ci il tarixdə Beyləqan RİH-də vətəndaş qəbulu keçirilib.
17 sentyabr 2025 | 12:37
Sentyabrın 17-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbulu edib.
Qəbulda həmçinin RİH başçısının müavinləri, şöbə müdirləri, eləcə də rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər. Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər diqqətlə araşdırılıb.
Qaldırılan problemlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib, bəzi məsələlərlə əlaqədar isə qanunvericiliyin tələbləri və mövcud prosedurlar sakinlərin nəzərinə çatdırılıb. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin operativ həlli üçün aidiyyəti şəxslərə rayon rəhbəri tərəfindən tapşırıqlar verilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







