Silahlı Qüvvələrin yaradılmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradılması Milli Ordunun yaradılmasının şanlı tarixinin əsasını qoymuşdur. Təsadufi deyildir ki,ulu öndərimiz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi elan olunmuşdur.İyun ayının 26-da Beyləqan rayonunda yerləşən “N”saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir. Tədbirdə Beyləqan rayonu İcra hakimiyyətinin başçısı cənab V.İ.Abdullayev, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon içtimayətinin nümayəndələri iştirak etmişlər.Bayram tədbirində rayon Mədəniyət və Turizm şöbəsinin kollektivi geniş konsert proqramı ilə çıxış etmişdir.Tədbirin sonunda rayon İcra Hakimiyyətinin Başçısı cənab Vaqif Abdullayev çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi sayəsində Milli Ordumuzun hazırda ən qüdrətli bir ordu olduğunu qeyd etmiş və bayram münasibətilə rayon ictimaiyyətini və “N”saylı hərbi hissənin əsgər və zabit heyətini təbrik etmişdir.