Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə konfrans keçrilmişdir.

07 may 2016 | 16:00

Böyük siyasi xadim Heydər Əliyev Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını gerçəkləşdirmiş lider yox, həm də dövlətin möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi və hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər olub.
bu fikir Beyləqan şəhərindəki mədəniyyət sarayında keçirilən tədbirdə səslənib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxışında ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, dövlətçiliyimizin möhkəmləndirilməsində, siyasin sabitliyin təmin olunmasında, ölkə iqtisadiyyatının inkişafında əvəzsiz xidmətlərindən, təhsilə, mədəniyyətə, səhiyyəyə, idmana göstərdiyi yüksək qayğıdan danışıb. Bildirib ki, Azərbaycan tarixinin yetişdirdiyi ən parlaq simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.
Digər çıxış edənlər də Ulu Öndərin çoxşaxəli fəliyyətindən danışıb, Beyləqana səfərlərindən, rayona göstərdiyi diqqət və qayğıdan minnətdarlıqla bəhs edib, dahi rəhbərin siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Tədbirdə YAP sıralarına yeni qəbul olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər