18 fevral 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu həyata keçirilib.
18 fevral 2026 | 13:36
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə operativ və obyektiv baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 18 fevral 2026-cı il tarixində icra hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirmişdir.
Vətəndaş qəbulunda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə başçının müavinləri, şöbə və sektor müdürləri, eləcə də ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşların narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib, müraciətlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar vermişdir.
Vətəndaşlar göstərilən həssaslıq və diqqətə görə təşəkkür edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







