Şriftin ölçüsü :

Saytın rəngi :

18 sebtyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

18 sentyabr 2024 | 14:20
18 sebtyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib.
 
Rayon rəhbəri müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə ümumilikdə 39 nəfər vətəndaşı qəbul edib, onları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təkliflərini dinləyib.
 
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
 
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər