Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Beyləqanda təntənəli şəkildə qeyd olunub.

10 may 2016 | 16:00

Minlərlə beyləqanlı – rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətinin və əmək kollektivlərinin nümayəndələri, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, sənədli filmə tamaşa ediblər. Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək ümummilli liderin həyat və fəaliyyətindən, xilaskarlıq rolundan, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, respublikamızın hərtərəfli inkişafında əvəzsiz xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb.
Həmin gün rayon ərazisində 2 mindən ağac və gül kolları əkilib.

Keçidlər