Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda pambıq əkininin gedişinə həsr olunmuş müşavirə keçirilmişdir.

27 aprel 2016 | 16:00

27 aprel 2016-cı il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın, tütünçülüyün  və baramaçılığın inkişafına dair tapşırıqları, bununla bağlı Prezident Administrasiyasında keçirilmiş müşavirələrdə verilmiş tövsiyələrin yerlərdə icra vəziyyətinin öyrənilməsi ilə əlaqədar müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Azərbaycan Respublikası Prezident Administrasiyası Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov, Beyləqan rayonu İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və “MKT İstehsalat Kommersiya” MMC sədri Bəhruz Camalov, Beyləqanda  fəaliyyət göstərən    fermerlər torpaq mülkiyyətçiləri və iş adamları iştirak etmişlər.
Müşavirədə Beyləqan rayon İcra hakimiyyətinin başçısı  cənab Vaqif Abdullayev  qonaqları salamladı və məlumat üçün  bildirdi ki, kənd təsərrüfatı olan Beyləqanın iqtisadiyyatının əsasını heyvandarlıq və bitkiçilik təşkil edir. Ötən 80-90-cı illərdə pambıqçılıq sahəsində yüksək təcrübəsi, vərdişləri olan Beyləqan həmin  illərdən sonra bu sahəyə olan vərdişlərdən uzaq düşərək heyvandarlıq sahəsinə meyl etmişdir.
2015-ci ildə 2079 hektar sahədə pambıq əkən mülkiyyətçilərimiz qeyd olunan təsərrüfat ilində torpaqların suvarılmasında əkin zamanı çəkilmiş xərclərin habelə satılmış pambığın dəyərinin istehsal müəssisələrindən alınmasında ciddi çətinliklərlə üzləşmişdirlər. Lakin ölkə prezidentinin tapşırıq və göstərişləri nəticəsində bu sahədə nizam yaradılmış və gecdə olsa MKT Beyləqan filialı tərəfindən pambığın alışı təşkil olunmaqla yanaşı  gecikmiş borcların hissə-hissə ödənilməsi də təmin olunmuşdur.
Sonra Azərbaycan Respublikası Prezident Administrasiyası Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanovun geniş məlumatından sonra fermer və iş adamları pambıqçılığın inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması istiqamətində görüləcək işlərdən söhbət acdılar.
Müşavirə diskussiya formasında keçirildi. 5000 hektar pambığın əkilməsi üçün qarşıya çıxan problemlər qeydiyyata götürülmüş və bəzi məsələlər yerində həllini tapmışdır.

Keçidlər